Gürcüstanda ötən sutkada koronavirusa 72 yeni yoluxma halı təsdiqlənib, 3 nəfər vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Son bir gündə daha 161 nəfər müalicə olunaraq sağalıb.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 1 655 170 nəfər yoluxub. Onların 1 637 198-i sağalıb, 16 810-u isə ölüb.