İraqda qum fırtınasında 5 nəfər həyatını itirib, 717 nəfər xəstəxanaya yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, aprel ayının əvvəlindən hökm sürən qum fırtınası paytaxt Bağdad və ölkənin cənubuna təsirsiz ötüşməyib.
Qum fırtınası səbəbindən Bağdad Beynəlxalq Hava Limanında uçuşlar dayandırılıb.
Hava Limanından verilən açıqlamaya görə, hava şəraiti yaxşılaşdıqdan sonra uçuşlar bərpa olunacaq.
Meteoroloqlara hava proqnozu vermək qadağan edilib.