Rusiyanın Ukraynaya təcavüzünü İkinci Dünya müharibəsinin nəticələri ilə müqayisə etmək olar.
Teleqraf.com bildirir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer ABC telekanalına müsahibəsində bildirib.
“Bu, müəyyən dərəcədə artıq dünya müharibəsi kimi bir şeyə çevrilir. Təbii ki, nəticələr baxımından təkcə Ukrayna xalqının çəkdiyi dəhşətlərlə məhdudlaşmır”, - Pauer bildirib.
Onun sözlərinə görə, Ukraynadakı müharibənin qiymətinə qlobal ərzaq və gübrə çatışmazlığı daxildir ki, bu da bütün dünyada istehlakçılar və fermerlər üçün qiymətlərə təsir göstərir: “Biz Konqresdən bu ehtiyacları qarşılamaq üçün humanitar yardımı əhəmiyyətli dərəcədə artırmağı xahiş etdik”.
O, həmçinin qeyd edib ki, dünyanın 80-dən çox ölkəsindən fermerlər öz məhsullarını artırmaq üçün fəal işləyirlər.
Xatırladaq ki, BMT-nin məlumatına görə, Rusiyanın müharibəyə başlaması ilə bağlı dəniz yolları ilə Ukrayna limanlarında təxminən dörd milyon yarım ton taxıl bloklanıb.