Rusiyanın Ukraynaya təcavüzü başlayandan indiyədək 405 uşaq yaralanıb, 219 uşaq ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ali Radanın İnsan Hüquqları üzrə Müvəkkili Lyudmila Denisova Məhkəməyəqədər İstintaqların Vahid Reyestrinin məlumatlarına, eləcə də təsdiqlənməsi zəruri olan digər mənbələrə istinadən məlumat verib.
“İşğalçı qüvvələrin Ukrayna şəhərlərində aktiv döyüşlər aparması səbəbindən ölən və yaralanan uşaqların faktiki sayını müəyyən etmək mümkün deyil”, - o yazıb.