2 May 2022 17:36
1 295
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sanksiyalar ucbatından rus hakerləri əvvəlki kimi inkişaf edə bilmirlər, lakin yenə də Ukraynaya və digər dövlətlərə hücumlar üçün təhlükəli qüvvə olaraq qalırlar".

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Dövlət Xüsusi Xidməti bildirib.

“Onlar artıq bütün mövcud alətləri və texnologiyaları nümayiş etdiriblər. Sanksiyalara görə rus hakerləri əvvəlki kimi inkişaf edə bilməyəcəklər”, - deyə agentlik qeyd edib.

Eyni zamanda Dövlət Xüsusi Rabitə Xidməti qeyd edib ki, Ukrayna hələ də kiberməkanda rus hakerlərinin güclü təzyiqi altındadır:

"Ancaq rus hakerləri hələ də dünya üçün ciddi təhlükədir. Onlar təkcə Ukraynaya deyil, digər demokratik ölkələrə də hücum etmək üçün yüksək ixtisaslı və motivasiyalıdırlar”.

“Microsoft”un hesabatına görə, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri ən azı altı rus haker qrupu Ukraynanın rəqəmsal resurslarına 240-a yaxın hücum həyata keçirib.


Müəllif: Nemət

Oxşar xəbərlər