2 May 2022 12:12
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan ABŞ-a gedib.

Teleqraf.com xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər mayın 2-6-da baş tutacaq.

Mirzoyan Ermənistan-Amerika Strateji Dialoqunun sessiyasında iştirak edəcək.

Ararat Mirzoyan Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinken, USAİD-in direktoru Samanta Pauer, ABŞ prezidentinin xüsusi köməkçisi Amanda Slott və digər həmkarları ilə də görüşəcək.

ABŞ Konqresinin yüksək səviyyəli nümayəndələri ilə görüşlər nəzərdə tutulur.

Səfər zamanı Ermənistan xarici işlər naziri Atlantik Şurasının beyin mərkəzində çıxış edəcək.


Müəllif: Nemət

Oxşar xəbərlər