“Hazırda paytaxtda bütün yollar açıqdır”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan polisinin “Ermənistan xəbərləri”nə daxil olan bəyanatında deyilir.
“Səhər saatlarında paytaxtda onlarla yolayrıcı bağlanıb. Polis tez bir zamanda nəqliyyatın hərəkətini bərpa edib”, - məlumatda deyilir.
Qeyd edək ki, mayın 2-də səhər saatlarından İrəvanda dinc itaətsizlik aksiyaları keçirilir. Polis dinc itaətsizlik aksiyalarının iştirakçılarını, o cümlədən “Mənim şərəfim var” və “Ermənistan” fraksiyalarının deputatlarını, Ermənistan Respublika Partiyasının, Daşnaksütyun və Vətən partiyalarının üzvlərini saxlayır.