2 May 2022 16:10
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müqəddəs Kəbə ətrafındakı Məkkə Böyük məscidində ikiillik pandemiya fasiləsindən sonra minlərlə möminin iştirak etdiyi ilk kütləvi bayram namazı qılınıb.

Teleqraf.com xəbər verir ki, Ramazan bayramının başlaması ərəfəsində qılınan namazda Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salman iştirak ediblər. İbadətə gələnlərin sırasında Ümrə ziyarətinə gələn çoxlu sayda əcnəbi də olub.

Bayram namazı, həmçinin Mədinədəki Peyğəmbər və İslamın birinci ibadət məkanı olan Ğuba məscidlərində də qılınıb. Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi bəyan edib ki, krallığın uyğun strukturları qarşıdan gələn və postpandemiya dövründə kütləvi olaraq keçiriləcək Həcc ziyarətinə hazırlıq görür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər