Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ləğv edilməsi Kiyev və Moskva arasında razılıq əldə edilmədən mümkün deyil.
Teleqraf.com xəbər verir ki, bunu "CDF" telekanalının efirində Almaniyanın kansleri Olaf Şolts deyib.
"Rusiya və Ukrayna arasında razılıq əldə edilmədən biz sanksiyaları ləğv etməyəcəyik", - deyə kansler bildirib. Onun sözlərinə görə, bu "zorla qəbul etdirilmiş sülh" olmamalıdır.
"Verdiyimiz hər bir qərarın gətirib çıxaracağı nəticələr barədə də düşünürük", - deyə kansler əlavə edib.