Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 2 YPG (PKK terror qruplaşmasının Suriya qolu) terrorçusunu zərərsizləşdirib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, terrorçular "Zeytun budağı" əməliyyatı zonasında hərbçiləri atəşə tutublar.
"Türkiyə Silahlı Qüvvələri terrorçuların silahlı hücum cəhdlərinə qarşı cavab tədbirlərini davam etdirir", - deyə Nazirlikdən bildirilib.