Finlandiyanın energetika konserni “Fortum” Rusiya ilə əlaqəli 2,1 milyard avroluq aktivləri silmək planlarını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu, ölkənin xalis aktivlərinin üçdə birindən çoxu deməkdir.
“Fortum 2022-ci ilin birinci kvartalının nəticələrində kompaniyanın Rusiyadakı əməliyyatları ilə bağlı təxminən 2,1 milyard avro dəyərində vergidən əvvəl dəyərsizləşmə qeydə alacaq”, – deyə kompaniyanın açıqlamasında bildirilir.
Dəyərsizləşmədən sonra Rusiyada xalis aktivlərin dəyəri 3,3 milyard avro təşkil edəcək.