Rusiya ordusu fevralın 24-də Ukraynaya hücum etdikdən sonra xeyli zəifləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərə Müdafiə Nazirliyinin məlumatında bildirilib.
“Rusiya ordusu Ukraynaya müdaxiləsi nəticəsində indi həm maddi, həm də konseptual baxımdan xeyli zəifləyib. Sanksiyalar bu itkilərin bərpasına mane olacaq. Bu, Rusiyanın ənənəvi ordusunun yenidən qurulmasına qalıcı təsir göstərəcək”, - nazirlik bildirib.
İngiltərə Müdafiə Nazirliyi qeyd edib ki, 2005-2018-ci illər arasında Rusiyanın müdafiə büdcəsi hava, quru və dəniz qüvvələrinə böyük həcmdə sərmayə qoyulmaqla iki dəfə artırılıb:
“Amma avadanlıqlarının modernləşdirilməsi Rusiyaya Ukraynada hökmranlıq etməyə imkan vermədi. Həm strateji planlaşdırma, həm də əməliyyatın icra edilməsindəki uğursuzluqlar bu rəqəmin həlledici üstünlüyə çevrilməsinə imkan vermədi”.