3 May 2022 17:08
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Estoniya parlamenti Mühafizəkar Xalq Partiyasının Rusiya Federasiyası ilə 2014-cü il fevralın 18-də imzalanmış quru və dəniz sərhədi müqaviləsi çərçivəsində imzanın geri götürülməsi təklifinə baxacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “Delfi” portalı məlumat yayıb.

Baltikyanı ölkənin deputatları izahat yazısında Moskvanı Tallinə ideoloji və siyasi hücumlarda ittiham ediblər. Bundan əlavə, parlamentarilər Estoniya ərazisinin beş faizindən çoxunun Rusiya tərəfindən işğal edildiyini elan ediblər. Bildiriblər ki, 1920-ci il Tartus sülh müqaviləsinin varisliyi olmadan yeni sərhəd sazişinin bağlanması Tallinin müharibələrarası dövrdə ona məxsus olan ərazilərə görə kompensasiya almasına imkan verməyəcək.

“Bu addım (imzanın Estoniya tərəfdən geri çəkilməsi) Rusiyaya danışıqlar masası arxasına oturmağa və Tartus sülh müqaviləsinin davam etdirilməsini gələcək nizamlanma üçün başlanğıc nöqtəsi kimi götürməyə imkan verəcək”, - sənəddə deyilir.

Qeyd edək ki, Estoniya ilə Rusiya arasında sərhəd məsələsi hüquqi cəhətdən rəsmiləşdirilməyib.


Müəllif: Səxavət

Oxşar xəbərlər