İngiltərənin ən çox axtarılan cinayətkarı Aleks Male İstanbuldan Lissabona uçarkən yaxalanıb.
Teleqraf.com xəbər verir ki, saxta pasportla səyahət etmək istəyərkən yaxalanan Malenin Portuqaliyada tutulduğu və hakim qarşısına çıxarılaraq İngiltərəyə göndəriləcəyi açıqlanıb.
Aleksin İngiltərənin “ən bədnam qanuntanımayan adamı” olduğu bildirilib və həbsi ölkəsində böyük əks-səda doğurub.
Malenin ötən həftənin sonunda Portuqaliyada saxlanıldığı deyilib.
Şübhəlinin bundan əvvəl İspaniyanın Marbella bölgəsində yaşadığı, oradan isə Portuqaliyaya getdiyi ehtimal olunurdu. Aleksin saxta pasportla səyahətə cəhd etdiyi müəyyənləşdirilib.
Türkiyə polisinin də həmin şəxsin pasportundan şübhələndiyi vurğulanıb.
“Saxta sənədlərlə aşkara çıxmadan səyahət edə biləcəyini düşünürdü”, - ingilis polisinin açıqlamasında deyilib.
Portuqaliyada tutularaq hakim qarşısına çıxarılan Aleksin İngiltərəyə göndəriləcəyi gözlənilir.