Rusiya ilə Ukrayna arasında fevralın 24-dən davam edən müharibədə mülki əhali arasında da itkilər artır.
Teleqraf.com Ukrayna Baş Prokurorluğuna istinadla xəbər verir ki, Ukraynada Rusiyanın hücumlarından 626-dan çox uşaq zərər çəkib.
Rəsmi məlumatlara görə, 220 uşaq həyatını itirib, 406-dan çox uşaq isə yaralanıb.
Açıqlamada rəqəmlərin son məlumat olmadığı və işğaldan azad edilən ərazilərdə işlərin davam etdiyi də bildirilib.
Rusiyanın hücumları nəticəsində ümumilikdə 1584 təhsil müəssisəsi zərər görüb, onlardan 118-i tamamilə dağıdılıb.
Dünən Odessaya raket hücumu nəticəsində 15 yaşlı uşaq həlak olub.