4 May 2022 10:20
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna otuz ildir Rusiyaya qarşı müharibə aparır”.

Teleqraf.com xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

O, Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin Krıma təcavüz etdiyini xatırladıb:

“Otuz ildir ki, müharibə şəraitindəyik. Rusiya bizi heç vaxt tək qoymaq istəməyib. Hətta Yeltsin o zaman da Krıma soxulmuşdu və deyirdi ki, bura bizim ərazimiz deyil”.

Danilov hesab edir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi uzun olacaq və rus təcavüzünün qaynar mərhələsi mayda bitməyəcək.

Onun sözlərinə görə, müharibənin başa çatması Ukrayna hərbçilərindən və Kiyevin tərəfdaşlarından asılıdır:

“Müharibənin qaynar fazasının bu hissəsindən danışsaq, onun mayda bitəcəyinə ümidli deyiləm. Bu, uzun müharibə olacaq və bizim ərazimizdə davam edəcək”.

Danilov əlavə edib ki, müharibənin başa çatması bir çox amillərdən asılıdır:

“Nə qədər vaxt aparacaq? Bu, bir çox amillərdən asılıdır. İlk növbədə, bu, ordumuzdan asılıdır. Və bu, tərəfdaşlarımızdan asılıdır, bunu etiraf etməliyik və bu barədə danışmaq lazımdır. Çünki tərəfdaşların dəstəyi olmasaydı, fevralın 24-də bizə doğru hərəkət etməyə başlayan rus armadasını cilovlamaq çox çətin olacaqdı”.

Danilov xatırladıb ki, Rusiya ordusu iki-üç günə Ukraynanı ələ keçirməyi planlaşdırıb, ən “nikbin ssenarilər” isə iki-üç həftə sonra ələ keçiriləcəyini və bundan sonra ukraynalıların işğalçı ölkəyə qarşı partizan müharibəsinə başlayacağını proqnozlaşdırıb.

Bundan əvvəl prezident aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç Rusiyanın Ukraynanın şərqinə hücumunun iki-üç həftəyə başa çatacağı iddiasını irəli sürüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər