4 May 2022 10:40
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin “Liaoning” təyyarədaşıyan gəmisi 5 esmines, 1 freqat və 1 təchizat gəmisinin müşayiəti ilə Şərqi Çin dənizini keçərək Sakit okeana keçib.

Teleqraf.com xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.

Açıqlamada “Liaoning”-in “Type 055 Nanchang”, “Type 52D Shining”, “Urumchi”, “Qingdu” və “Type 52C Cingcou” esminesləri, “Type 54A Xiangtan” freqatı və “Type 901 Hulun Hu” təchizat gəmilərinin müşayiəti ilə Şərqi Çin dənizindən keçərək Sakit okeana doğru hərəkət etdiyi bildirilib.

“Liaoning”-in göyərtəsində “J-15” döyüş təyyarələri, “Z-8” və “Z-9” helikopterlərinin olduğu deyilib.

Çin Xalq Azadlıq Ordusunun (PLA) Hərbi Dəniz Qüvvələrinin sözçüsü Qao Şiuçinq məlumatı təsdiqləyərək, “Liaoning”-in Sakit okeanın qərbində döyüş təlimləri keçirəcəyini açıqlayıb.

ABŞ-ın “Abraham Linkoln” təyyarədaşıyan donanmasının Filippin dənizində yerləşdirildiyi vaxtda “Liaoning”-in böyük bir donanma ilə həmin bölgəyə göndərilməsi diqqət çəkib.


Müəllif: Mənsur Rəğbətoğlu