Gürcüstanda işgüzar səfərdə olan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Tiflisdə bu ölkədən olan həmkarı və daxili işlər naziri Vaxtanq Qomelauri ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdə ikitərəli münasibətlərlə yanaşı, regional məsələlər də müzakirə olunub.
Qriqoryan Qarabağ ətrafındakı vəziyyətlə bağlı gürcü həmkarına məlumat verib.