4 May 2022 17:01
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hakimiyyətinin mayın 9-da ölkədə ümumi səfərbərlik elan etməyi planlaşdırması ilə bağlı KİV-də yayılan xəbərlər reallığa uyğun gəlmir.

Teleqraf.com xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Bu doğru deyil, cəfəngiyatdır”, - Rusiya prezidentinin mətbuat katibi bildirib.

Onun fikrincə, belə məlumatlara qulaq asmağa dəyməz.

Peskov həmçinin vurğulayıb ki, Rusiyanın mayın 9-da Ukraynaya rəsmən müharibə elan etməsi ehtimalı da yoxdur.

Bundan əvvəl CNN telekanalı Rusiya hakimiyyətinin ölkədə ümumi səfərbərliyə başlamaq və Ukraynada əməliyyatın sürətini artırmaq üçün yaxın vaxtlarda Kiyevə rəsmən müharibə elan etməyə hazırlaşdığını iddia edib. Telekanal bildirib ki, bu, Rusiyanın Qələbə Gününü qeyd edəcəyi mayın 9-da baş verə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər