4 May 2022 23:52
1 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynaya təcavüzünün 70-ci günündə baş verənlərlə bağlı diqqətçəkən iddia irəli sürülüb.

Teleqraf.com xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin ölkəsində Qələbə Günü kimi qeyd olunan 9 May tarixi üçün bəzi hazırlıqlar gördüyü bildirilib.

İddiaya görə, Putin mayın 9-da qələbə nitqi ilə çıxış edəcək və bununla müharibədə verdikləri itkiləri ört-basdır etməyə çalışacaq. Həmin gün Moskvada Qızıl Meydanda rus ordusunun paradı da keçiriləcək.

“Tayms” qəzetinin iddiasına görə, Ukraynadakı müharibənin kölgəsində baş tutacaq qələbə şənliklərində ruslar tərəfindən əsir götürülən 500 ukraynalı hərbçi nümayiş etdiriləcək. Nəşr əsirlərin Putinin əyləşdiyi tribunanın önündən keçiriləcəyini yazıb.

Mayın 9-da keçiriləcək mərasimlə bağlı daha bir diqqətçəkən iddia ABŞ mediasından gəlib. CNN ilk gündən Ukraynaya işğalı “xüsusi əməliyyat” adlandıran Putinin Qələbə günündə rəsmən müharibə elan edə biləcəyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər