Belarusun Müdafiə Nazirliyi silahlı qüvvələrinin qəfil hərbi təlimlərə başladığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, nazirlikdən verilən açıqlamada Belarus Silahlı Qüvvələrində qəfil yoxlamaların başlanıldığı, hərbi hissə və bölmələrin döyüş hazırlığı, təyin olunmuş ərazilərə hücum etmək kimi tapşırıqları yerinə yetirəcəyi bildirilib.
“Yoxlamanın məqsədi hərbçilərin mümkün böhrana operativ reaksiya vermək hazırlığını və qabiliyyətini qiymətləndirməkdir”, - açıqlamada deyilib. Açıqlamada o da bildirilib ki, yoxlamaya cəlb olunan qüvvələrin sayı mərhələli şəkildə artırılacaq ki, bu da onların həm quruda, həm də havada hərbi təhdidlərə qarşı müqavimət qabiliyyətini yoxlamağa imkan verəcək.
Dünən Rusiya Prezidenti Vladimir Putinlə Belarus lideri Aleksandr Lukaşenko arasında telefon danışığı olub.