Ukrayna və Rusiya Azovstal ərazisində mayın 5-dən 7-dək atəşkəs rejiminin yaradılması barədə razılığa gəliblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini - müvəqqəti işğal olunmuş Ukrayna ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşuk məlumat yayıb.
Onun sözlərinə görə, Mariupolun müdafiəçiləri bu vaxtdan mülki əhalini və ərazini təxliyəyə hazırlamaq üçün istifadə edəcək.
Nazir qeyd edib ki, Ukrayna tərəfi yaralı əsgərlərin siyahısını verib, lakin onların çıxarılması ilə bağlı hələlik razılaşmaq mümkün olmayıb.