Braziliyanın Milli Sanitar Nəzarət Agentliyi (Anvisa) yeni koronavirus səbəb olduğu xəstəliyinin müalicəsi üçün molnupiravir dərmanını qeydiyyata alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Agentliyin mətbuat xidməti bildirib.
"Mayın 4-də "Anvisa" rəhbərliyi COVID-19-un müalicəsi üçün "Merck Sharp & Dohme" şirkətinin istehsalı olan molnupiravir dərmanının təcili istifadəsini təsdiqlədi", - deyə Agentliyin saytında bildirilib. Qeyd olunub ki, bu dərman əvvəllər ABŞ, Aİ, Yaponiya, Böyük Britaniya, Avstraliya, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tənzimləyici orqanları tərəfindən təsdiqlənib və artıq 17 ölkədə istifadə olunur.