5 May 2022 10:00
1 284
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Polşanın paytaxtı Varşavada keçiriləcək donorlar konfransı Avropanın Ukrayna ilə bağlı “Marşal planı”nın başlanğıc nöqtəsi olacaq.

Teleqraf.com xəbər verir ki, bunu Avropa Şurasının prezidenti Şarl Mişel deyib.

“Məncə, bu konfrans Ukrayna üçün Avropanın “Marşal planı”nın başlanğıc nöqtəsi olacaq. Bunu etməliyik, Ukraynanı mümkün qədər dəstəkləyəcəyimizə dair güclü siqnal göndərməliyik”, - Avropa Şurasının prezidenti bildirib.

Şarl Mişel Rusiyanın Ukraynaya qarşı müharibəsini “bəşəri faciə” adlandırıb:

“Bu gün Ukraynaya qarşı müharibə bəşər faciədir, bu o deməkdir ki, bu gün uzaqgörən liderlər cəsarətli, qətiyyətli olacağımızı, Ukraynanı nəinki sözlə, nəinki nitqlə, həm də əməldə dəstəkləyəcəyimizi göstərməlidirlər. Bizə həll yolları lazımdır, bizə pul lazımdır, güclü koordinasiya lazımdır, siyasi iradə lazımdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər