5 May 2022 10:34
1 618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Mariupoldakı “Azovstal” zavodundan ukraynalıları - mülki şəxsləri və hərbçiləri çıxarmağa cəsarət edə bilər.

Teleqraf.com xəbər verir ki, bunu polşalı hərbi ekspert, Polşa müdafiə nazirinin keçmiş müavini general Valdemar Şkşipçak deyib.

“Bunu ancaq Türkiyə və türk gəmiləri edə bilər, ruslar onlara hücum etməyəcəklər. Hələlik bu ölkə belə bir addım atmağa cəsarət etməyib, amma bunu etmək cəsarəti var”, - geneal bildirib.

Onun sözlərinə görə, Mariupoldan evakuasiya dəhlizində nə baş verdiyi tam bəlli deyil, çünki bütün avtobuslar şəhəri təhlükəsiz tərk etmir, bəziləri yolda yoxa çıxırlar.

Şkşiçak vurğulayıb ki, rus təcavüzkarları qadın və uşaqları əsir götürərək Rusiyaya, o cümlədən Uzaq Şərqə aparır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər