5 May 2022 11:20
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill Avropa İttifaqının sanksiyalarına məruz qala bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” diplomatik mənbələrə istinadən məlumat yayıb.

Patriarxın Aİ-nin Ukraynadakı müharibəni dəstəkləməkdə günahlandırdığı yüzlərlə hərbçi və Kremlə bağlı iş adamlarının siyahısına adının yazıldığı bildirilib.

Sanksiyalara aktivlərin dondurulması və səyahət qadağaları daxildir.

Roma Papası Frensisk bundan əvvəl Kirilli Kremlin xidmətçisi olmamağa çağırıb. Patriarx isə cavabında Frensiski tənqid edərək, ona bu cür ifadələrin kilsələr arasında dialoqa zərər verəcəyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər