27 Noyabr 2014 02:39
1 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan rublun qiymətinin düşməsi ilə əlaqədar noyabrın 24-dən etibarən Rusiyaya elektrik enerjisinin nəqlini dayandırıb.

Teleqraf.com-un lenta.ru-ya istinadən xəbərinə görə, bu barədə Qazaxıstanın "Samrik-enerji" dövlət şirkətinin sədri Almasadam Satkaliev bildirib.

«Devalvasiya səbəbindən noyabrın 24-dən etbarən Rusiyaya elektrik enerjisi verilişini dayandırmışıq. Çünki bu, bizim stansiyalar üçün əlverişli deyil», - Satkaliev deyib.

2013-cü ildə Rusiya Qazaxıstandan 3,9 milyard kilovat/saat elektrik enerjisi idxal edib.

Nihad


Müəllif:

Oxşar xəbərlər