ABŞ-da Nyu-Cersi ştatının qubernatoru Kris Kristi güclü qara görə fövqəladə vəziyyət elan edib.
Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ-ın şimali-şərq ştatlarında tüğyan edən güclü qar hazırda on minlərlə insanı elektrik enerjisiz qoyub.
Bəzi şəhərlərdə yağıntılara görə məktəblər bağlanıb. Yolların buz bağlaması çoxsaylı xırda yol qəzaları ilə nəticələnib, 600-dən çox aviareys təxirə salınıb.
Meteoroloqların proqnozlarına əsasən, ABŞ-ın şərq hissəsində qeyri-sabit hava hələ bir neçə gün davam edəcək.