Hələlik Belarusun Ukraynaya hücuma hazırlaşmasından əsər-əlamət yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu Pentaqonun sözçüsü Con Kirbi Belarusun Ukraynaya qarşı müharibədə iştirakı riskini qiymətləndirərkən deyib.
Qeyd edək kİ, mayın 4-də Belarus Silahlı Qüvvələrində qəfil yoxlama başlayıb. Ordunun Ukrayna ilə sərhəddə təlim keçəcəyi məlum olub.
"Belarusun Ukraynaya qarşı müharibədə fəal iştirak etmək niyyətində olduğuna dair heç bir əlamət yoxdur. Amma biz onların müharibədə birbaşa iştirak etməyi planlaşdırdığı və ya niyyəti ilə bağlı heç bir işarəni izləmirik”, - Pentaqon rəsmisi bildirib.
Britaniya kəşfiyyatı Rusiyanın çox güman ki, təhlükəni artırmağa çalışacağını irəli sürüb.