6 May 2022 10:20
1 383
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qara dənizdə Rusiyanın “Moskva” kreyserinin “Neptun” raketləri ilə məhv edilməsi əməliyyatı zamanı Ukrayna tərəfi ABŞ-dan kəşfiyyat məlumatı alıb.

Teleqraf.com xəbər verir ki, bunu CNN kanalı Pentaqondakı mənbələrinə istinadla bildirib.

“Qara dənizdə Rusiyaya məxsus hərbi gəmini görən Ukrayna qüvvələri onun əslində “Moskva” kreyseri olduğunu təsdiqləmək üçün amerikalılarla təmasa keçiblər. Birləşmiş Ştatlar bunun gəmi olduğunu bildirib və onun yeri ilə bağlı kəşfiyyat məlumatı verib”, - CNN mənbələrindən sitat gətirib.

ABŞ-ın Ukrayna tərəfinin kreyserə zərbə endirməyə hazırlaşdığı o zaman dəqiqləşdirilməyib. Həmsöhbətlərin sözlərinə görə, Ukrayna Baş Qərargahı bu barədə müstəqil qərar verib, ABŞ işə qarışmayıb.

Qeyd edək ki, aprelin 14-də Qara dənizdə Rusiya Federasiyası Qara Dəniz Donanmasının flaqmanı olan “Moskva” raket kreyseri batıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı kreyserin Ukrayna istehsalı olan “Neptun” gəmi əleyhinə raketlə vurulduğunu bildirib. Rusiya bu faktı təkzib edib, lakin sonradan Pentaqon Ukrayna tərəfinin məlumatını təsdiqləyib.


Müəllif: Nemət

Oxşar xəbərlər