Rusiya Ukraynada hərbi planını həyata keçirə bilməyib.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ ordusunun baş qərargah rəisi, general Ceyms Makkonvil deyib.
“Rusiyanın planı çox mürəkkəbdir. Bu, çox təlim keçmiş və nizam-intizamlı hərbçilər tələb edir. Amma onların belə qabiliyyəti yoxdur. Rusiyanın kifayət qədər təlim keçmiş hərbçiləri yoxdur”, - Makkonvil deyib.
General qeyd edib ki, belə bir hərbi planı həyata keçirmək üçün Rusiyaya xeyli yaxşı logistik sistem lazımdır.
“Ukrayna Rusiya ilə eyni gücə və qabiliyyətə malik olmaya bilər, lakin ukraynalıların iradəsi var. Vahid komanda qurularkən bu vacibdir”, - Makkonvil əlavə edib.