Ukraynada baş verənlər rus və erməni işgalıdır. XX əsrin əvvəllərində Anadoludan Qafqaza, Təbrizdən Türküstana qədər uzanan nəhəng bir ərazidə “bolşevik” və digər bu kimi adlar altında gizlənərək, amansız qətliamlar, soyqırımı aktları törədən bu cinayətkar cütlüyü öz adı ilə çağırmağın zamanı çoxdan gəlib.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, 1918-19-cu illərdə, indi “Orta Asiya” adlandırdıqları Türküstanı qana bürüyən “bolşeviklər” türk xalqlarına qarşı ən amansız qətliamların həyata keçirilməsini ermənilərə həvalə etmişdilər:
“Azərbaycanda şaumyanların həyata keçirdikləri cinayətləri Türküstanda levonmorzoyanlar gerçəkləşdirirdi. Eyni dəst-xətti birinci və ikinci Qarabağ müharibələrində də gördük. Azərbaycan torpaqlarının işğalında, xalqımıza qarşı amansız qətliamların, soyqırımı aktlarının törədilməsində, günahsız körpələrin, qadınların, ahıl insanların qətlə yetirilməsində ermənilər tək deyildilər. Hər yerdə Rusiyanın barmağı vardı və “bu barmaq” günahsız insanları nəhəng hərb maşınının altında əzdikdən sonra meydanı ermənilərə buraxır, onların misli görülməmiş cinayətkar əməllərindən, qəddarlıqlarından həzz alırdı.
“Bu barmaq 20 yanvarda Azərbaycan xalqının üzərinə ermənilərin kompakt yaşadığı Rostov, Krasnodar vilayətlərindən “ehtiyatda olan hərbçiləri” göndərmişdi. Sanki Sovet ordusunun şəxsi heyəti qırılıb qurtarıbmış. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı amansız qətliamı həyata keçirən də Rusiya-Ermənistan cinayətkar ittifaqıydı, Xocalıda bəşər tarixinin ən alçaq cinayət aktını törədən də.
Ermənilərin son 120 il ərzində azərbaycanlılara və digər türk xalqlarına qarşı həyata keçirdikləri amansız müharibə cinayətlərinin, terror və soyqırımı aktlarının arxasında Rusiyanın şovinist, ultramillətçi siyasəti dayanır. Əvvəl önündə, iş işdən keçəndən sonra isə arxasında”.
Elçin Mirzəbəyli qeyd edib ki, bu ilin əvvəlində Qazaxıstanda baş verən hadisələr zamanı Ermənistan Baş naziri Nikol Pasinyan və ətrafının necə canfəşanlıq etdiyini çoxları xatırlayır:
“Burunlarına türk qanının və onlara öz natamamlıqlarının qisasını almağa imkan yaradacaq üfunətli nəfəsin qoxusu dəymişdi. Ermənilərin çiçəyi çırtlamışdı, xoşbəxt olmuşdular. Könüllərindən sələfləri Levon Morzoyanın bolşeviklərin çatısı altında törətdikləri cinayətləri təkrarlamaq keçirdi.
Bu gün Ermənistan Rusiyanın Ukraynaya təcavüzünə tam və hərtərəfli dəstək verir. Ermənistanda işğalın dəstəklənməsinə, Rusiyanın təcavüzünün müdafiəsinə həsr olunmuş mitinqlər keçirilir, separatçılara humanitar yardımlar daşınır, üzərində “Armeniya” yazılmış tanklar Ukrayna torpaqlarını günahsız insanların qanıyla suvarır, şəhərləri, kəndləri viran qoyur. Geyimlərində Ermənistan bayrağını simvolizə edən şevron daşıyan hərbçilər uşaqları, qadınları, köməksiz insanları elə Xocalıda olduğu kimi amansızcasına qətlə yetirirlər.
Rusiya telekanallarında işğala “şam tutan”, təbliğatlarının da ön sırasında, yenə də ermənilər dayanır, ən qatı faşist ideoloqları kimi Ukrayna xalqının “sterilizasiya” edilməsinin vacibliyindən danışır, hər kəlməbaşı “denafikasiya”, “demilitarizasiya” sözlərini kin-küdurət kəsmiş nəfəsləriylə havaya üfururlər.
Yenə də ən iyrənc, ağız ifrazına belə layiq olmayan işlərin ön cərgəsində ermənilər - Simonyan, Keosanyan, Kurqinyan, Şahnazarov, Qabrielyanov, Babayan, Mirzoyan, Baqdasarov, Qalstyan və digərləri dayanır, Ukrayna xalqına “ölüm hökmü” kəsirlər.
Bütün bu iyrənc əməllərinin fonunda yenə də dünyanın “ən məzlum”, “ən yazıq”, “ən məsum” çaqqal və leşyeyənləri kimi görünmək üçün dəridən-qabıqdan çıxırlar. Amma fakt faktlığında qalır. Bu gün Ukraynanın işğalında Ermənistan Rusiya ilə birlikdə iştirak edir. Bütün bunları görməmək, yaxud görüb dilə gətirməmək daha amansız qətliamlara yol aça bilər. Beynəlxalq birlik Ermənistana layiq olduğu cavabı verməlidir. Heç olmasa indi”.