Ebola virusundan ölənlərin sayı 5689-ə çatıb, xəstəliyə yoluxanların sayı isə hazırda 15 935 nəfər təşkil edir.
Teleqraf.com-unməlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) növbəti hesabatında deyilir.
Ötən həftə Qvineya, Sierra-Leone və Liberiyada xəstəliyə 600 nəfər yoluxub, onlardan 15-i həyatını itirib.
Avqustun 8-də Ümumdünya Səhiyyə Təşkilatı Ebola xəstəliyinin yayılmasını beynəlxalq əhəmiyyətli təhlükə elan edib.