6 May 2022 17:45
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın Misirdəki səfiri Kayrat Lama Şərifə töhmət verib.

Teleqraf.com xəbər verir ki, Tokayevin fikrincə, səfir dövlət qulluqçularının etik davranış kodeksini pozub.

“Qazaxıstan Respublikasının dövlət qulluqçularının etik davranış kodeksinin 9-cu bəndinin tələblərinə əməl etmədiyinə görə prezident Qazaxıstan Respublikasının Misir Ərəb Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Kairbekulı Lama Şərifə töhmət elan edib”, - Qazaxıstan Prezidentinin mətbuat xidmətinin məlumatında bildirilib.

Mayın 3-də Kayrat Lama Şərif “Facebook”da paylaşım edərək SSRİ və müstəmləkəçi Rusiya dövründən qalma mübahisəli adlardan qurtulmağı təklif edib. Xüsusilə o, ölkənin adının dəyişdirilərək “Qazax dövləti” adlandırılmasını, Qazaxıstanın paytaxtı Nur-Sultana Astana adının, Almatı şəhərinə isə Alma-Ata adının qaytarılmasını təklif edib. Daha sonra səfir paylaşımı silib.


Müəllif: Səxavət