6 May 2022 19:19
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Bankın məlumatına görə, aprelin 29-na Rusiyanın beynəlxalq ehtiyatları 593,1 milyard dollar təşkil edib.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumat tənzimləyicinin saytında yerləşdirilib.

“Beynəlxalq ehtiyatlar aprelin 29-na olan məlumata əsasən yenidən qiymətləndirmə nəticəsində həftə ərzində 14,0 milyard dollar və ya 2,3% azalaraq 593,1 milyard dollar təşkil edib”, - məlumatda deyilir.

Bundan əvvəl Rusiya Mərkəzi Bankı milli qızıl-valyuta ehtiyatlarından olan bütün Rusiya qızılının ölkə ərazisində olduğunu bildirmişdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər