Ukrayna ordusu Xarkov vilayətində 6 yaşayış məntəqəsini azad edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, Rusiya hərbçiləri Novaya Dmitrovka qəsəbəsi istiqamətində də hücuma keçsə də, uğur qazana bilməyib.
Rusiya Silahlı Qüvvələrinin ayrı-ayrı bölmələri Bryansk, Kursk və Belqorod vilayətlərində Ukrayna-Rusiya sərhədinin mühafizəsi üzrə tapşırıqları yerinə yetirməkdə davam edir.
Bildirilir ki, Rusiyanın Rostov vilayətindəki xəstəxanada 800-ə qədər yaralı və 200-ə qədər meyit var.