Böyük Britaniyanın Moskvadakı səfiri Deborah Bronnert cümə günü Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya XİN yaydığı bəyanatda bildirilir.
Məlumata görə, səfirə rəsmi Londonun qəbul etdiyi növbəti sanksiya paketi iləb bağlı qəti etiraz bildirilib.
Diplomatın diqqətinə bu cür addımların qaçılmaz olaraq ikitərəfli əlaqələrin tamamilə məhvinə və Rusiya və Böyük Britaniya xalqları arasında münasibətlərin korlanmasına gətirib çıxaracağı çatdırılıb.