Danimarkalı yazıçı və anti-müsəlman fəalı kimi tanınan Lars Hedeqardın qətlində şübhəli bilinən 27 yaşlı Livan vətəndaşı Basil Həsənin Türkiyədə sərbəst buraxılması Ankara ilə Kopenhagen arasında münasibətləri gərginləşdirib.
Danimarka Xarici İşlər Nazirliyi məsələ ilə bağlı Türkiyədən Avropa Birliyinə şikayət edib.
Qeyd olunur ki, sentyabrda İŞİD-in girov saxladığı 49 türklə dəyişdirilən həmin Livan vətəndaşı Suriyadakı radikal qrupa qoşulub.
Şübhəli qətl günü Danimarkanı tərk edərək, bir müddət Suriyada qalıb. Saxta pasportla Türkiyəyə daxil olmaq istəyən şübhəli Atatürk hava limanında saxlanıb. Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında Həsənin müvafiq qaydalara əsasən azad edildiyi deyilib.
Türkiyənin bu addımına cavab olaraq Danimarka məhkəməsi Avropa Birliyi və Birləşmiş Ştatların terror qrupu kimi tanıdığı və Türkiyənin fəaliyyətinə qadağa qoyduğu PKK-ya 24 milyon dollar pul ödəyən 10 nəfəri azad edib.
Danimarka məsələ ilə bağlı bir neçə dəfə Türkiyə səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
Nazir Martin Lideqard şübhəlinin azad olunması ilə bağlı Türkiyəyə təzyiqi artıracaqlarını bəyan edib.