7 May 2022 16:35
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Almaniyadakı səfirliyi rusiyalı jurnalistlərə qarşı “mümkün terror aktı cəhdinin” qarşısını aldığını bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin yaydığı məlumatda deyilir.

“2022-ci il mayın 6-da Berlində Rusiya Federasiyasına məxsus yaşayış kompleksində yaşayan rusiyalı jurnalistlərə və onların ailələrinə qarşı mümkün terror aktının qarşısı alınıb”, - deyə məlumatda bildirilir.

Qeyd edilib ki, jurnalistlərin yaşadığı ev sındırılıb. Evdəki taxçada gizlədilən maye ilə doldurulmuş böyük kanistr, həmçinin plastik butulka və naqillər vurulmuş qaz balonundan ibarət şübhəli əşya aşkar edilib.

Gələn Almaniya hüquq-mühafizə orqanları sakinləri təxliyə edib, kompleksi mühasirəyə alıb, yanğınsöndürmə xidməti və istehkamçıları çağırıb.

Faktla bağlı araşdırma aparılır. Səfirlik hüquq-mühafizə orqanları ilə əlaqə saxlayır. Rusiyalı jurnalistlərə və onların ailələrinə təhlükəsiz yerə köçmək imkanı verilir.

Hadisə ilə bağlı səfirlik Almaniya Xarici İşlər Nazirliyinə nota göndərərək günahkarların müəyyən edilməsini tələb edib.


Müəllif: Nemət

Oxşar xəbərlər