Kanadanın Baş naziri Castin Trüdo Ukraynaya səfər edib.
Teleqraf.com xəbər verir ki, Kanadanın Baş naziri Rusiya hərbçilərinin törətdiyi qəddarlıqları şəxsən görmək üçün İrpen şəhərində olub.
"O, Rusiya işğalçılarının şəhərimizə törətdiyi bütün dəhşətləri öz gözləri ilə görmək üçün İrpenə gəldi. Və əlbəttə ki, şoka düşdü. Axı o, hərbi obyektlərin yandırıldığını və tamamilə dağıldığını yox, bu yaxınlara qədər həyatdan zövq alan, gələcək üçün planlar quran İrpen sakinlərinin evlərini görüb", - İrpen şəhərinin meri Aleksandr Markuşin teleqram hesabında yazıb.