Dünyada koronavirusa yoluxma ilə bağlı təsdiqlənmiş halların sayı 517 milyonu ötüb.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb.
Məlumata görə, dünyada koronavirusa yoluxanların ümumi sayı 517 099 297 nəfərə çatıb.
Qeyd edilir ki, pandemiya ərzində dünyada 6 250 668 nəfər COVID-19-dan dünyasını dəyişib.
Dünyada koronavirusa yoluxma sayına görə ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya və Böyük Britaniya ilk yerləri bölüşür.
ABŞ COVID-19 infeksiyasına yoluxanların və ölənlərin sayına görə dünyada birincidir.
Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.