ABŞ-ın birinci xanımı Cill Bayden gözlənilmədən etdiyi Ukrayna səfərinin səbibini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o, Beynəlxalq Analar Günündə ukraynalı analar və onların uşaqlarının yanında olmaq istədiyini söyləyib.
"Ümid edirəm ki, burada olmaqla onların möhkəmliyinin dünyaya nə qədər ilham verdiyini və tək olmadıqlarını göstərə bilərəm".
Qeyd edək ki, ABŞ Prezidenti Cozef Baydenin xanımı Ukraynaya gözlənilməz səfər edib.
Cill Bayden Ujqorodda Ukraynanın birinci xanımı Yelena Zelenski ilə görüşüb. Onlar Ujqorodda Ukraynanın hərbi əməliyyatların davam etdiyi ərazilərdən məcburi köçkün düşən insanların məskunlaşdıqları məktəbə baş çəkiblər. Məlum səbəblərdən Ujqorod səfəri elan olunmayıb, mümkün qədər məxfi saxlanılıb və media üçün qapalı olub. Görüşdə yalnız Ağ Evin mətbuat xidməti iştirak edib.
Hazırda Cill Bayden Ukrayna ərazisini tərk edib.