8 May 2022 23:57
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Xorvatiyanın Baş naziri Andriy Plenkoviçlə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkə hesabında bildirib.

“Andrey Plenkoviçlə Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi, azad edilmiş ərazilərdə normal həyatın bərpası üçün əməkdaşlığı, eləcə də Ukraynanın Avropa İttifaqına inteqrasiyasını müzakirə etdik”, - Zelenski qeyd edib.

Xorvatiyanın Baş naziri Andrey Plenkoviç Zelenski ilə görüşündən sonra Kiyevdə ölkəsinin diplomatik missiyasının işini bərpa etdiyini açıqlayıb.

Yeri gəlmişkən, Xorvatiya Ukraynaya kömək üçün 5 milyon avro ayırmağı planlaşdırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər