Çin silahlı qüvvələri Tayvan adasının sahillərinin şərq və cənub-qərbindəki sularda hərbi təlimlər keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun (PLA) Şərq Bölgəsi Döyüş Komandanlığı məlumat yayıb.
Onun WeChat sosial şəbəkəsindəki səhifəsində qeyd olunur ki, manevrlər HDQ və HHQ iştirakı ilə baş tutub. Təlimlərə adi başlıqlı raketlər cəlb olunub.
"Təlimlərin keçirilməsində məqsəd ümumqoşun əməliyyatlar zamanı müxtəlif qoşun növlərinin döyüş hazırlığının yoxlanılması və artırılmasıdır", - məlumatda deyilir.