“Rusiya ilə müharibə zamanı kişilərin xaricə buraxılması planlaşdırılmır. Bu qərar ordunun mövqeyindən asılıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal deyib.
Onun sözlərinə görə, hərbi vəziyyət zamanı kişilərin xaricə getməsinə icazə verilmir: “Əslində burada hərbçilər qərarlar qəbul edirlər, lakin mən hesab edirəm ki, müharibə getdiyi bir vaxtda bütün kişilər Ukraynada olmalıdır.
Nazirlər Kabinetinin məlumatına görə, 5 milyona yaxın insan Ukraynanı tərk edib.
“Rəsmi rəqəm 4,7 milyondur. Son iki həftə ərzində 700 min ukraynalı geri qayıdıb. Və hər gün Ukraynanı tərk etməkdən daha çoxu geri qayıdırlar. Biz bunu izdihamlı şəhərlərdə, işlərin bərpasında hiss edirik” - Şmıqal əlavə etdi.