9 May 2022 13:42
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqınin (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell bildirib ki, Aİ ölkələri Rusiyanın dondurulmuş valyuta ehtiyatlarını Ukraynanın yenidən qurulmasına yönəltmək üçün nəzərdən keçirməlidir.

Teleqraf.com xəbər verir ki, bu barədə siyasətçinin “Financial Times”a müsahibəsində qeyd olunub.

“ABŞ əvvəllər Əfqanıstan mərkəzi bankına məxsus milyardlarla dollarlıq aktivlərə nəzarəti ələ keçirib, qismən terror qurbanlarına potensial təzminat, eləcə də ölkəyə humanitar yardım göstərəcək. Rusiyanın ehtiyatları ilə oxşar addımları nəzərdən keçirmək olar. Mən bunun lehinə səs verərdim, çünki bu, çox məntiqlidir”, - Avropa diplomatiyasının rəhbəri bildirib.

O vurğulayıb ki, həmin pulla Ukraynanın yenidən qurulması, maliyyələşdirilməsi məsələsi düşünülür. Aİ rəsmiləri artıq Rusiyanın ehtiyatlarının hansısa şəkildə Ukraynanın bərpası üçün istifadə oluna biləcəyini araşdırıblar, lakin Brüssel hələlik bu məsələ ilə bağlı heç bir təklif irəli sürməyib.

Bundan əvvəl Rusiya Federasiyası Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina Qərbin sanksiyaları nəticəsində Rusiyanın 300 milyard dollara yaxın qızıl-valyuta ehtiyatlarının dondurulduğunu bildirmişdi.


Müəllif: Nemət

Oxşar xəbərlər