ABŞ-da Respublikaçılar Partiyasından Senata namizəd və keçmiş prezident Donald Tramp tərəfindən dəstəklənən Dr. Mehmet Özlə bağlı müzakirələr davam edir.
Teleqraf.com xəbər verir ki, sabiq dövlət katibi Mayk Pompeo son açıqlamasında Mehmet Özün Türkiyə ilə münasibətlərini şübhə altına alıb.
Donald Trampın ABŞ-da prezidentliyi dövründə dövlət katibi olmuş Mayk Pompeo Pensilvaniyadan Senata namizəd olub və Trampın dəstəyini alan Özün Türkiyə ilə münasibətlərinin sual işarəsi yaratdığını deyib: “Bəlkə bütün bunlar günahsızdır, lakin Pensilvaniya xalqı və amerikalılar ABŞ Senatında mühüm milli məsələlərdə səs verəcək bu şəxsin Türkiyə hökuməti ilə münasibətinin nə dərəcədə olduğunu öyrənməlidirlər”.
Pensilvaniyada Özə qarşı respublikaçı rəqibi David Mkormicki dəstəkləyən Pompeo, daha əvvəl vətənpərvər amerikalı mühafizəkarın təmsil olunduğu əyalətdə ən yaxşı namizədin dəstəklənməli olduğunu bildirib.
Pompeo Özün Türkiyə hökuməti ilə iddia edilən münasibətinin suallar doğurduğunu və ABŞ-ın maraqlarının onun əsas prioriteti olmaya biləcəyini şərh edib.
Özün seçki qərargahının sədri Brittany Yanik Business Pompeonun şərhlərinin qeyri-ciddi olduğunu bildirib və deyib ki, Mehmet Öz ABŞ Senatına seçiləcəyi təqdirdə Türkiyə vətəndaşlığından imtina edəcək.
Pompeo dövlət katibi olduğu müddətdə regional məsələlərdə Türkiyəni sərt tənqidləri ilə gündəmə gəlib.