9 May 2022 19:15
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran son illərdə həyata və iqtisadiyyata mənfi təsir göstərən qum və toz fırtınaları ilə mübarizə aparır.

Teleqraf.com xəbər verir ki, İranın baş prokuroru Mohammed Kafer Montazeri enerji naziri Əli Əkbər Mihribana yazdığı məktubda bəzi bölgələrdə həyatı iflic edən qum fırtınalarına görə Türkiyəni günahlandırıb.

İranın Baş prokuroru Məhəmməd Kafer Müntəziri ölkənin qərb və cənub bölgələrində qum və toz fırtınalarının yayılmasına Türkiyənin sərhəddəki Araz çayı üzərində qurduğu bənd və divarların səbəb olduğunu qeyd edir.

Müntəziri İranın energetika naziri Əli Əkbər Mihribana məktub yazıb və qeyd edib ki, İran torpaqlarında iqtisadiyyat və kənd təsərrüfatı daha çox itkiyə məruz qalmaması üçün Türkiyədən İrana su axını izlənməlidir.

Mütəxəssislərin fikrincə, İranda son illərdə artan qum və toz fırtınalarında həddindən artıq su istehlakı və su ehtiyatlarının azalması kimi insan və təbii amillər mühüm rol oynayır. Qum fırtınalarının xüsusilə sərhəd bölgələrində təsirli olduğu bildirilərkən, İran hökumətinin qum fırtınalarının mənfi təsirlərinin qarşısını almaq üçün son 4 ildə təxminən 370 milyon avro xərclədiyi bildirilir.

Su qıtlığı son vaxtlar regionda mübahisələr yaradır. İraqda qum fırtınaları son vaxtlar həyatı iflic edib və minlərlə insanın tənəffüs çətinliyi yaşamasına səbəb olub. Fərat və Dəclə çayları üzərində qurulan bəndlərin bölgədəki suyun səviyyəsini sürətlə aşağı salması diqqət çəkir.


Müəllif: Nemət

Oxşar xəbərlər