İsrail polisinin verdiyi açıqlamada 320 kiloqram ağırlığında 1700 bitkinin ələ keçirildiyi bildirilib. Dəhşətlisi odur ki, narkotikin ünvanı sinaqoq olub.
Teleqraf.com “Times of Israel”ə istinadən xəbər verir ki, səlahiyyətlilər şəhərdəki yaşayış kompleksində nümayiş olunan narkotik laboratoriyası ilə bağlı məlumat alındığını və daha sonra gizli araşdırmaya başlanıldığını bildirib.
Sinaqoqun da yer aldığı ünvanlarda araşdırma aparılıb. Sinaqoqun bir neçə ay əvvələ qədər dolu olduğu, lakin sonradan boşaldıldığı açıqlanıb. Bölgədə fəaliyyət göstərən polis qrupları sinaqoqda yetişdirilən marixuana bitkisini təsbit edib. Basqın zamanı iki nəfər həbs edilib.
Tiberiya polisindən Aviv Benzino deyib ki, onların müqəddəs yeri narkotiklərin yetişdirilməsi, ticarəti və yayılması və bütün bunları pul qazanmaq üçün laboratoriyaya çevirmələri şokedicidir.
Benzino laboratoriyanın ən azı bir neçə həftədir fəaliyyət göstərdiyini bildirib.
Həbs edilən şəxslərin vəkilləri hər iki şəxsin dindar yəhudi olduğunu bildiriblər. Adı açıqlanmayan vəkil iddia edib ki, müvəkkilləri sonradan Tiberiyaya köçüblər və cinayət törətmək niyyətində olmayıblar.