9 May 2022 20:49
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT baş katibi Antoniu Quterreş Moskva və Kiyevi münaqişənin diplomatik yolla həlli üçün səyləri gücləndirməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, bunu Quterreş Moldovanın Baş naziri Natalia Gavrilitsa ilə danışıqların nəticələrinə dair mətbuat konfransında deyib.

"Rusiya və Ukraynanı beynəlxalq hüquq normalarına, BMT Nizamnaməsinə uyğun olaraq mümkün qədər tez danışıqlar yolu ilə həllə nail olmaq üçün dialoqu artırmağa çağırıram. Həmçinin regional və beynəlxalq tərəfdaşlar bu prosesə dəstək verməlidir", - Quterreş əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər